İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib

saytların hazırlanması

Evə çatdırılma

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib

Sosial

30 Yanvar 2019 17:09 980


İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib.

“Yeni Sabah” xəbər verir, bu barədə təşkilatın saytıda məlumat verilib.

Məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Büronun Qəyyumlar Şurasına daxil olub. O, bu vəzifədə Palatanın digər nümayəndəsi Aqşin Əlizadəni əvəz edib. pizza

Qeyd edək ki, Qəyyumlar Şurasına “AXA MBASK” İdarə Heyəti sədrinin birinci müavini Lana Gözəlova rəhbərlik edir. Onun müavini “Atəşgah Insurance” sədrinin müşaviri Tələt Səfərovdur. Şuranın tərkibinə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Məmməd Həsənli, “Paşa Insurance”ın sədri Ülviyyə Cabbarova daxildir.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!