İcbari tibbi sığorta xidmətlər zərfi genişləndiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta xidmətlər zərfi genişləndiriləcək

Sağlamlıq

14 Avqust 2025 21:33 864


Hazırda icbari tibbi sığorta xidmətlər xərfində 3 315 tibbi xidmət təminata alınıb. Buraya ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası kimi mürəkkəb və yüksəkdəyərli tibbi xidmətlər daxildir. Məqsəd əhalinin sağlamlığına təsir edən xəstəliklərin vaxtında aşkarlanması və müalicəsidir.

Yenisabah.az Baku.ws-ə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2026-cı ildə xidmətlər zərfinin genişləndirilməsini planlaşdırır.

Yeniliklər çərçivəsində ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə olunması, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur. Toyuqlu pizza

Bundan başqa, hipertoniyadan əziyyət çəkən şəxslərə ambulator şəraitdə həkim resepti ilə təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır. Gələcək illərdə isə ambulator müalicədə istifadə olunan digər dərman preparatlarının da mərhələli şəkildə sığorta təminatına daxil edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!