İcbari tibbi sığorta zərfi: Dərmanlar da pulsuz olacaq? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığorta zərfi: Dərmanlar da pulsuz olacaq? - Rəsmi açıqlama

Sağlamlıq

02 Yanvar 2020 11:48 2038


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti icbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfini müəyyənləşdirəcək. 

Xidmətlər zərfində nələrin olacağı və dərmanların da sığorta paketinə daxil olub-olmayacağı maraq doğuran məqamlardandır.

"Yeni Sabah" xəbər verir ki, bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cebhe.info-nun suallarını cavablandırıb. Pepperoni pizza

Agentlikdən verilən məlumata görə, ölkədə icbari tibbi sığortanın tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır:

“Xidmətlər zərfi hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübə nəzərə alınıbdır. Xidmətlər zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım xidmətləri daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!