“İçərişəhər” İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi

saytların hazırlanması

Evə çatdırılma

“İçərişəhər” İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi

Mədəniyyət

18 Dekabr 2019 14:20 987


Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın yekun sənədinə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı kompleksi də Qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

“Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib. Pepperoni pizza

Sözsüz ki, bu əhəmiyyətli hadisə ölkə rəhbərliyi tərəfindən milli mədəni irsimizin qorunması və təbliği sahəsində daimi görülən işlərin daha bir bariz nümunəsidir”.

Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!