İçərişəhərdə çoxmərtəbəli bina tikilir – Etiraz + Video

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdə çoxmərtəbəli bina tikilir – Etiraz + Video

Sosial

21 Aprel 2019 19:34 1058


Hüquqşünas Aslan İsmayılov İçərişəhərdə hündürmərtəbəli binanın tikintisinə etiraz edib. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda o sosial şəbəkədə paylaşım edib. Bildirib ki, bəziləri üçün Azərbaycan sanki dədə mülküdür və istədikləri kimi davranırlar: “Etiraz edəndə isə güc tədbiq etməyə çalışırlar. Bu günlərdə İçərişəhərdə baş verən biabırçılıqları videoya çəkəndə məni zorla rəisin yanına hesabat verməyə aparmaq və videonu sildirmək istəyirdilər. Qəti etirazımı görüb sakitləşdilər”.

A. İsmayılov bildirib ki, bu gün də İçərişəhərin məhv edilməsi hamımızın gözü önündə baş verir və biz sakitcə bu vandalizmi seyr edirik: “Yaxın zamanlarda tariximizi əks etdirən Qala divarları əvəzində (piyadalar üçün nəzərdə tutulmuş ərazidə) restoranlar və müxtəlif -xanalar görəcəyik. Sezar pizza

Ona görə də hər bir vətəndaşı ölkədə baş verənlərə seyrçi olmamağa və etirazında qətiyyətli olmağa çağırıram! İçərişəhər sizin dədə mülkünüz deyil ki, onu istədiyiniz kimi söküb-tikəsiz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!