İçərişəhərdə, Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılması haqda bir neçə gün əvvəl xəbər vermişdik.
Xəbərdə bildirilirdi ki, qədim abidənin yerləşdiyi yerdə tarixi nişanələr məhv olunaraq bu tikinti işlərinin aparılması etirazlara səbəb olub.
Sonradan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısındakı tikinti işləri bağlı açıqlama yaymışdı. Qurum açıqlamada ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsinin həyata keçirildiyini bildirmişdi. Qeyd olunmuşdu ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur. “Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”. Pepperoni pizza
“Yeni Sabah” xəbər verir ki, bu gün tikinti ilə bağlı yayılan fotolar açıqlamanın əksini göstərir. Aydın şəkildə görünür ki, əsrlərlə tarixi olan qala divarlarının görünüşünə nəinki ziyan dəymir, əksinə o tamamilə dəyişdirilir. Divarlara müasir üzlük daşlarının vurulduğu aydın şəkildə görünür. Hələlik divarların hansı şirkət tərəfindən bu hala salınması haqda məlumat yoxdur.
Telegram kanalımız