İçərişəhərdə Qala divarlarının bir hissəsi uçdu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

İçərişəhərdə Qala divarlarının bir hissəsi uçdu - FOTO

Hadisə

09 Aprel 2026 10:17 585


Aprelin 9-da səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Bu barədə “Yeni Sabah”a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. pizza mizza

Bildirilib ki, hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb.

Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

“Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi İdarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır”, - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!