ICESCO heyətinin azad edilmiş ərazilərə səfəri başladı

saytların hazırlanması

Evə çatdırılma

ICESCO heyətinin azad edilmiş ərazilərə səfəri başladı

Mədəniyyət

12 Yanvar 2021 11:42 901


İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. pizza sifarişi

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin ICESCO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!