Türkiyənin Şanlıurfa şəhərinin Viranşəhər ilçəsində yetişdirilən “şelenqo” adlı meyvə görənləri təəccübləndirir.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, bu meyvənin xarici görünüşü qarpızı xatırladır. Ancaq meyvənin içi yemişə daha çox bənzəyir və xiyar dadı verir.
Bu meyvənin yeni olduğu zənn edilsə də, Viranşəhərdə şelenqonun 100 ildən çoxdur ki, yetişdirildiyi bildirilir.
Kilosu 5 lirəyə satılan şelenqo tarladan dərildikdən sonrakı 2-3 gün ərzində yeyilməlidir. Şelenqodan salat, turşu, dolma və digər qidaların hazırlanmasında istifadə edilir.
Telegram kanalımız