İcra başçısı dağıntılar olan ərazidə

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı dağıntılar olan ərazidə

Rəsmi

06 Fevral 2019 12:31 1271


Xəbər verdiyimiz kimi, Azərbaycanda baş verən güclü zəlzələ daha çox Şamaxıda fəsadlara səbəb olub.

Zəlzələ ocağı Basqal kəndindən 5 km şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 5,1 bal olsa da, episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Yeraltı təkanlar Şamaxıda rayon mərkəzində, Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində daha çox dağıntılara səbəb olub. Toyuqlu pizza

Rayon mərkəzində bir neçə mağazaya külli miqdarda ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb.

Hazırda dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiya uçqunların baş verdiyi evlərə baxış keçirir, onların sayı və dəyən ziyanın miqdarı ilə bağlı dəqiqləşdirmələr aparır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da dağıntılar olan ərazilərə baş çəkib, müvafiq tapşırıqlar verib.

Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!