Mingəçevirin yeni icra başçısı İlham İsmayılov özünə köməkçi təyin edib.
“Yeni Sabah” xəbər verir ki, şəhər rəhbəri sözügedən postu Samir Vəliyevə etibar edib. 30 yaşlı S.Vəliyev bu təyinata qədər də icra hakimiyyətində çalışıb.
Qeyd edək ki, İlham İsmayılov ötən ilin dekabrında ölkə başçısının sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu təyinata qədər hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçı olan Niyazi Bayrmovun birinci müavini olub. Sezar pizza
Telegram kanalımız