İcra başçısına qarşı aksiyada atışma – Ermənistanda

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısına qarşı aksiyada atışma – Ermənistanda

Dünya

15 Aprel 2019 21:52 1201


Ermənistanın Armavir vilayətinin Zartonk kəndinin sakinləri sosial problemlər səbəbindən etiraz aksiyası keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, narazı kütlə icra başçısının istefası tələbi ilə kənddən keçən Yerevan-Gümrü dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, bir il bundan əvvəl inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanda bütün problemlərin həll ediləcəyəni demişdi. 

Lakin bundan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də insanlar sosial problemlərdən əziyyət çəkirlər. Ötən bir il müddətində Paşinyan və komandası problemlərin həlli istiqamətində ciddi addımlar atmayıb. Dördpendirli pizza

Aksiya zamanı kəndlilər arasında atışma baş verib. Bir sakin ov tüfəngindən atəş açaraq digər iki ermənini yaralayıb. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!