İcra başçısından prezidentə şikayət - Qarşıdurma yarandı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından prezidentə şikayət - Qarşıdurma yarandı

Rəsmi

24 Mart 2019 18:52 7534


Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli ilə icra başçısı Ziyəddin Əliyev arasında qarşıdurma yaranıb.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb H. Günşlinin icra başçısı ilə bağlı ölkə prezidentinə şikayət etməsi olub. Belə ki, ö öz şikayətində icra başçısının vaxtilə Quba hadisələrinə görə həbs olunmuş şəxslərlə hazırda yaxın olmasından narahatlığını bildirib. Həmçinin, şikayətində icra başçısının idarəetməsi, iş adamlarına problem yaratması haqda şikayətlər də məktubunda yer alıb.

Bu məktubdan xəbər tutan Z. Əliyevin iştirakı ilə bir neçə gün əvvəl rayon Ağsaqqallar Şurasının iclası keçirilib. İclas zamanı H. Günəşlinin bu addımı tənqid olunub, ərizasini geri götürmək və şura sədrliyindən istefası tələb olunub. Sezar pizza

Məsələ ilə bağlı H. Günəşli “Yeni Sabah”a açıqlama verib. O, belə bir hadisənin baş verdiyini, icra başçısının qanunsuz hərəkətləri ilə bağlı prezidentə müraciət etdiyini qeyd edib.

AŞ sədri icra başçısının tapşırığı ilə Ağsaqqallar Şurasının sədrliyindən kənarlaşdırıla biləcəyini də qeyd edib: “İlin axırında konfransımız olmalıdır, amma ola bilsin, növbədənkənar konfrans keçirilsin və məni uzaqlaşdırsınlar. O da o halda olacaq ki, konfransa kimi icra başçısı özü vəzifəsində qala bilsə...”

H. Günəşli ölkə rəhbərliyindən onun müraciətinə hələlik heç bir cavab verilmədiyini qeyd edib. 

Xatırladaq ki, icra başçısı Ziyəddin Əliyev bir meddət əvvəl Avropada dəyəri milyonlarda dollarla ölçülən biznesi ilə gündəmə gəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!