İcra başçısının səlahiyyətlərinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının səlahiyyətlərinə xitam verildi

Dünya

14 Fevral 2019 20:13 1131


Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəzifə səlahiyyətlərinə xitam verilib.

Bu barədə rayon Sakrebulosunun növbədənkənar iclasında qərar qəbul olunub. T.Abazovun istefası barədə ərizəsini vəkilləri fevralın 12-də Marneuli rayon rəhbərliyinə təqdim edib.

Ölkə qanunvericiliyinə əsasən, rayon rəhbərinin səlahiyyətlərinə fevralda xitam verilibsə, yeni icra başçısı seçkiləri həmin ilin may ayına təyin olunur. Marqarita pizza

Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!