İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi

Şou

11 Fevral 2019 14:53 1448


Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib. Onun sözlərinə görə, tamaşaçıların istəyinə əsasən, konsertin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, cavab müsbət olmayıb.

“Əziz Sumqayıtlılar! Bizim telefona, “İnstagram” və “Facebook”a gələn sms-lərə cavab olaraq nəzərinizə çatdırırıq ki, mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq. Marqarita pizza

Nəticədə bizə məlum olmayan səbəbdən, Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”.

Qeyd edək ki, "Bu şəhərdə"nin Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Moskvada, Londonda, Stokholmda, Minskdə, Kölndə, Riqada və s. şəhərlərdə 200-dən çox konsertləri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!