İcra Hakimiyyəti tualeti FHN-in maşını ilə təmizlətdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti tualeti FHN-in maşını ilə təmizlətdi - Foto

Rəsmi

13 Mart 2019 19:24 1759


İmişli rayonunun mərkəzindəki Heydər Əliyev adına parkda yanğınsöndürmə maşını ərazidəki ayaqyolunun yuyulmasına cəlb edilib.

Bu, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Uzun müddətdən bəri baxımsız qalan ayaqyolu ətrafa üfunət yayır. Sakinlər deyiblər ki, ayaqyolu baxımsız qaldığı üçün dəhşətli qoxudan içəri girmək mümkün olmur. Rayon rəhbərliyi bu problemin həlli yolunu ayaqolunu yanğınsöndürən maşın tərəfindən yuyulmasında görüb.

"Yanğın təhlükəsizliyi haqqında" qanunda yanğısöndürən maşının tualettəmizləmə və diğər məqsədlərlə istifadə edilməsi nəzərdə tutulmayıb.  pizza mizza

Bu qanunun tələblərinə baxıldıqda İmişlidəki mənzərə onu göstərir ki, İcra Hakimiyyəti yanğınsöndürmə rəhbərinin hüquqlarını məhdudlaşdırır. Yanğınların söndürlümsinə cəlb ediləcək maşınlar başqa məqsədlər üçün istifadə edilir.

Avropa.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!