İcra hakimiyyətindən sahibkarların aksiya istəyinə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətindən sahibkarların aksiya istəyinə reaksiya

Xalqın səsi

28 Mart 2019 11:49 1348


Bakı Şəhər İcra Hakimiyyəti “Diqlas” Ticarət Mərkəzinin yanğın zamanı zərərçəkənlərin sabah Prezident Aparatının qarşısında keçirmək istədikləri aksiyasına reaksiya verib.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, onlara zərərçəkənlərdən müraciət daxil olmayıb: “Bizə bu barədə məlumat verilmədiyi üçün nəsə deyə bilmərik. Ümumiyyətlə, zərərçəkənlər bizə sabah Prezident Aparatının qarşısında yığışmaqları ilə bağlı müraciət etməyiblər. Bu gün bizə hər hansı məlumat verilməyib. Rəsmi icazə olmadığı üçün də onlara icazə verilməyəcək. Mütləq şəkildə icazə olmalıdır”.

Qeyd edək ki, bu gün “Diqlas” Ticarət Mərkəzinin idarəedicilərindən biri olan Araz Rəhimovun təklifi ilə razılaşmayan zərərçəkənlər sabah Prezident Aparatının qarşısında yığışmaq haqda qərar qəbul ediblər. pizza hut

News24.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!