İcra Hakimiyyətləri ilə bağlı   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətləri ilə bağlı YENİLİK

Siyasət

04 Aprel 2022 18:24 564


Rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2022-2026-cı illərdə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsini təmin etməlidir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!