Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” fərmanda dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliklərdə bir sıra maraqlı məqamlar yer alıb. Onların bəzilərini təqdim edirik:
1.1. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin: pizza mizza
“7. Müəyyən edilsin ki, icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər.”;
***
1.4-3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciətə aşağıdakı hallarda Şurada baxıla bilməz:
1.4-3.1. müraciət bu Əsasnamənin 1.4-1-ci və 1.4-2-ci bəndlərində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
1.4-3.2. müraciət “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələrə aid olduqda;
1.4-3.3. müraciət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanının qüvvəyə minməsindən əvvəl aidiyyəti inzibati orqanın qəbul etdiyi qərarları, digər hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı olduqda;
1.4-3.4. müraciət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya müraciətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
1.4-3.5. müraciəti inzibati orqanın sistemində olan (strukturuna daxil olan, tabeliyində, yanında olan və s.) hər hansı inzibati orqan etdikdə;
***
1.2.14. aşağıdakı məzmunda 4.7.2-1-ci yarımbənd əlavə edilsin:
“4.7.2-1. Şuraya daxil olan inzibati orqanların müraciətlərini qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə sənədlərin (materialların) 5 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün aidiyyəti inzibati orqanlara yazılı və ya şifahi sorğu verir;”
Telegram kanalımız