İctimai birlik Ədliyyə Nazirliyini məhkəməyə verdi   – Səbəb

saytların hazırlanması

Evə çatdırılma

İctimai birlik Ədliyyə Nazirliyini məhkəməyə verdi – Səbəb

Xalqın səsi

03 Aprel 2020 13:22 1270


“Qarabağa Qayıdış” İctimai Birliyinin 5 təsisçisi dövlət qeydiyyatına alınmaması ilə bağlı Ədliyyə Nazirliyini məhkəməyə verib. 

“Yeni Sabah”ın məlumatına görə, ictimai birliyin məhkəmə iddiasında göstərilib ki, Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə məhkəmə qaydasında hüquqi qiymət verilsin. Məhkəmə araşdırmasına Bakı İnzibati Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq. 

Birliyin idarə heyətinin sədri Vaqif İsmayıl deyib ki, Qarabağ münaqişəsi artıq 30 ildən çoxdur ki, davam edir, lakin bununla bağlı hər hansı irəliləyişə nail olunmayıb: “Beynəlxalq təşkilatların problemə ikili standartlarla yanaşması xalqımızın ümidlərini artıq puç edib. Məqsədi xalqımızın tarixi torpaqları, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın haqq səsini cəmiyyətimizə, xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaqdan ibarət olan “QARABAĞA QAYIDIŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmaması qanunsuzluqdur. Hesab edirik ki, dövlətimizin siyasi xəttinin özəyini təşkil edən Qarabağ münaqişəsi sahəsində fəaliyyətsizlik yolverilməzdir. Ona görə də, idarə heyəti olaraq Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün məsələni məhkəmə müstəvisinə çıxarmaq qərarına gəldik”.  Marqarita pizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!