Bu gün müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi hesab olunan Əliağa Vahidin doğum günüdür.
Yenisabah.az xəbər verir ki, əməkdar incəsənət xadimi, şair-qəzəlxan 1895-ci ildə dünyaya gəlib.
İsgəndərov Əliağa Məmmədqulu oğlu mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.
Füzuli ənənələrinin davamçısı olan Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda vəfat edib. Azərbaycanda şairin həyatından bəhs edən "Qəzəlxan" filmi çəkilib, ona abidə qoyulub.
https://cdn.yenisabah.az/files/qez1.jpg Telegram kanalımız