Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxıb. pizza mizza
Nəticədə minik maşını telefon dirəyinə daha sonra isə evə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.
İlkin məlumata görə qəzaya yağışlı hava şəraiti səbəb olub.
Fakt araşdırılır.
Telegram kanalımız