İdman tarixinin rekordu - 426 milyonluq müqavilə

saytların hazırlanması

Evə çatdırılma

İdman tarixinin rekordu - 426 milyonluq müqavilə

İdman

23 Mart 2019 18:20 884


Baş Beysbol Liqasının təmsilçisi “Los Angeles Angels” rekorda imza atıb.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, komanda Mayk Trout ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, 27 yaşlı Trout növbəti 12 il ərzində 426,5 milyon dollar alacaq. Bu, idman tarixinə rekord anlaşma kimi düşüb.

Troutdan öncə,  idman tarixində rekord müqavilə 2018-ci ilin oktyabr ayında meksikalı boksçu Saul Alvarezlə imzalanmışdı. Belə ki, atlet  beş il ərzində 11 döyüşdə iştirak etməli və buna görə 365 milyon dollar qazanmalı idi.  Dördpendirli pizza

Qeyd edək ki, 2018-ci ildə ən çox pul qazananlar sırasında Floyd Meyvezer (boks) - 285 milyon dollar, Lionel Messi (futbol) - 111 milyon dollar, Kriştiano Ronaldo (futbol) - 108 milyon dollar, Konor Makqreqor (qarışıq döyüşlər) - 99 milyon dollar, Neymar (futbol) - 90 milyon dollar, LeBron Ceyms (basketbol) - 85,5 milyon dollar, Rocer Federer (tennis) - 77,2 milyon dollar, Stepan Kurri (basketbol) - 76,9 milyon dollar, Matt Rayan (Amerikan futbolu) - 67,3 milyon dollar, Mattey Stafford (Amerikan futbolu) - 59,5 milyon dollar - kimi idmançıların adları yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!