Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama baş verib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Dördpendirli pizza
Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.
Telegram kanalımız