Bütün dünya onun bu hərəkətindən danışır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bütün dünya onun bu hərəkətindən danışır - VİDEO

Maraqlı

02 Fevral 2026 12:24 761


Yaponiyanın voleybol üzrə “SV League All Star” çempionatında voleybolçu Yuji Nişida maraqlı hərəkəti ilə bütün dünyanın diqqət mərkəzinə düşüb. İdmançının iştirak etdiyi qarşılaşma zamanı onun vurduğu top operatora dəyib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə fevralın 1-də Kobe şəhərində baş verib.

Nişida güclü atış etdikdən sonra top sahə kənarında dayanan operatora dəyib. pizza hut

İdmançı isə dərhal hadisəni ciddi qəbul edərək sahədə sürünərək “dogeza” adlanan ənənəvi yapon üzr hərəkətini edib. Bu hərəkətlə o, başını yerə qoyaraq qarşı tərəfdən üzr istəyib.

Yapon mədəniyyətində “dogeza” nadir hallarda, ciddi vəziyyətlərdə istifadə olunan dərin hörmət və üzr jestidir.

Hadisənin videosu sosial mediada sürətlə yayılıb və milyonlarla baxış toplayıb. İzləyicilər Nişidanın hərəkətini həm gülməli, həm də nümunəvi hesab ediblər və videonu trendə çeviriblər.

Hadisədən sonra Nişida oyunda iştirak etməyə davam edib, topun dəydiyi operator isə xəsarət almayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!