İdmançımız Dünya Kubokunun qalibi oldu

İdmançımız Dünya Kubokunun qalibi oldu

İdman Saytların hazırlanması

25 Aprel 2019 20:20 798


Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. 

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib.

O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. 

Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!