Bu gün Bakıda baş verən silahlı insident “İdrak” liseyini diqqət mərkəzinə gətirib.
“Yeni Sabah” xəbər verir ki, 10-cu sinif şagirdinin xanım müəllimi odlu silahla yaraladığı lisey 2011-ci ildən fəaliyyət göstərir və Bakı ilə yanaşı, onun Sumqayıtda filialları var.
"İdrak"da orta və yuxarı sinif şagirdlərinə milli və beynəlxalq standartlara uyğun təhsil verilir, ingilis, habelə digər xarici dillər, riyaziyyat, texnologiya və təbiət fənlərini tədris edilir. Liseydə tədris layihə əsaslı, interaktiv və fərdi yanaşma ilə aparılır. pizza sifarişi
Təhsil müəssisəsinin saytında qeyd olunur: "Liseyin müəllim heyəti yüksək ixtisaslı, beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Şagirdlər respublika və beynəlxalq olimpiadalar, elmi müsabiqələr, idman yarışları və yaradıcı festivallarda iştirak edir, məzunlar nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur. Lisey, həmçinin sosial layihələr, xeyriyyə aksiyaları və təqaüd proqramları ilə şagirdlərin inkişafını dəstəkləyir".
Hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.
Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.
M. Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafıə edib.
2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında "Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafıə edib.
Pedoqoji elmlər doktoru, professordur.
2013- ci ildən hal-hazıra kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız