“İdrak” liseyində insident: “Uşaq qisas üsuluna əl atıb” -   DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

“İdrak” liseyində insident: “Uşaq qisas üsuluna əl atıb” - DETALLAR

Sosial

07 Fevral 2026 12:07 6353


“Son dövrlərdə təəssüf ki məktəblilərin, azyaşlıların, yeniyetmələrin şiddətə meyl etməsi ilə bağlı çoxlu xəbərlər alırıq. Düşünürəm ki, bu gün uşaqların psixologiyasına ciddi təsir göstərən əsas səbəbələrdən biri də telefonlar, komputerlər və planşetlərdir”.

Bunu “Yeni Sabah”a “Neuro Academy” Psixoloji və Nitq inkişaf Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

O, virtual oyunların uşaqlarda yuxu pozğunluğuna səbəb olduğunu deyib: Toyuqlu pizza

“Bu oyunlar uşaqların psixi inkişafına təsir edir və onların beyinlərini qıcıqlandırır. Sanki beyin, bir növ, oyaq vəziyyətdə qalır. Belə olan halda uşaq da hər şeyə tez reaksiya verir. Əsəbi və səbrsiz davranır. Üstəlik, bəzi oyunlar – “Roblox”, “PUBG MOBİLE” və s. şiddət məzmunlu olduğu üçün bir çox ölkələrdə qadağan olunub. Bunlardan istifadə edən uşaq da oyunda kimlərisə öldürür, dalaşır və bununla da şiddət, vurmaq, dalaşmaq kimi hallar onlar üçün adiləşir. anki indiki uşaqlarda mərəmət hissi də azalıb. Özləri fərqinə varmasalar da, həmin hadisələr uşaqların şüuraltına təsir edir və bu hallar da davranışda özünü göstərir". 

N.Quliyeva diqqəti "İdrak" liseyində baş verimiş gllələnmə hadisəsinə fokuslayıb.  O, 10-cu sinif şagirdinin yaraladığı Şəhla kamilovanın davranışını təhlil etməyin çətin olduğunu bildirib:

“Adətən, lisey şəraitində olan müəllimlər daha mülayim, sakit və xoşrəftar olurlar. Ehtimal ki, hansısa tələblərin qoyulması – dərsdə aktiv iştirak etmək, davranış baxımından bir sıra qaydalara riayət etmək, nizam-intizamı pozmamaq kimi qaydalar uşaq üçün məqbul olmayıb. Güman ki, məktəbliyə bir neçə dəfə xəbərdarlıq edildiyi üçün uşaq da bu qisas üsuluna əl atıb. Əlbəttə, müəllimin davranışını təhlil etmək çətindir. Ümid edirəm ki, pedaqoqa yaraşan şəkildə rəftar edib".

Psixoloq uşaqlara alınan oyuncaqlara diqqət yetirməyin vacibliyini də vurğulayıb:

“Heç bir uşaq birdən-birə aqressivləşmir. Məncə, uşaqlara erkən yaşlarda oyuncaq silahların verilməsi də doğru yanaşma deyil. Çünki bu hal onlar üçün adiləşir. Oyunların da təsiri münasibətlərlə üst-üstə düşdükdə belə hadisələr baş verir. Konkret halda ailə və uşaq haqqında dəqiq məlumatımız yoxdur. Ona görə də "İdrak" liseyində baş verənlərlə bağlı ümumi danışırıq”. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Günay
    Əlbətdə telefon planşet dəki oyunlar var bir də uşaqlarda səbirli olmaq aşılanmalıdır. Məncə şiddət ola bilməz.inanmıram bu boyda idrak liseyində bu baş verər.uşaq günah səhv buraxsalar da yenə günah müəlliməyə calanır.ona görədə müəllimlərin dərs keçməsi üçün qayda qanun olmalıdır.elə kür nadinc uşaqlar varki dərs keçməyə qoymur. Qayda hamıya olmalıdır.təhlükəsizlik də həmçinin. Maraqlı budur ki silahı keçəndə kompüterdən niyə baxmırlar.kimin uşağı olursa olsun.baxılmalıdır.qanun həm şagirdə həmdə müəllimlərə aid olmalıdır.
    3 months ago