Liseyin binası Ruslan Eyyubovun imiş

saytların hazırlanması

Evə çatdırılma

Liseyin binası Ruslan Eyyubovun imiş

Sosial

06 Fevral 2026 13:33 557


Bu gün səhər saatlarında güllələnmə hadisəsinin baş verdiyi "İdrak" liseyinin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

"Yeni Sabah" BAKU.WS-ə istinadla xəbər verir ki, o, ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.

Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Sezar pizza

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!