İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi   - FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi - FƏRMAN

Siyasət

01 İyul 2022 18:37 1252


Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib.

Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Pepperoni pizza

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!