“İftarın evdə açılması daha yaxşıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əskərov deyib.
Onun sözlərinə görə, oruc tutan insan daima öz ehtiyatını saxlamalıdır: pizza
“Ramazan “ramada” feilindən götürülüb. İnsanın günahlarının od olub, külləşməsi deməkdir. İnsan istəyir ki, orucunu qazandığı halalı ilə açsın.
Restorana gedib evin bərəkətini qaçırmaq olmaz. Nadir hallarda, yəni qonaq çox olanda, ya da hər hansı ekstremal situasiyada mümkündür ki, insan orucunu restoranda açsın. Oruclu insan ehtiyat etməlidir. Orucun stəkanı təmiz olmalıdır. Restoranda bu təmizlik olmaya bilər.
Bir restoran var idi, orada həmişə mal ətində yeməklər verirdilər, sonra donuz ətinin olduğunu da gördüm. Eyni yerdə kəsilir. Qanı dəyə bilər. Bununla da boğazımızdan Allahın haram etdiyi ət keçə bilər”.
İlahiyyatçı restoranlarda sanitariya qaydalarına riayət olunmadığını deyib:
“İftarı evdə açmaq daha yaxşıdır. Çünki təmizliyə, səliqə-səhmana diqqət yetirilir. Evdə rahatlıqla orucumuzu aça bilirik. Analarımız gözəl təamlar hazırlayır. Restoranlarda isə bu məsələlər bir qədər arxa planda olur. Buna görə də ən gözəli iftarı elə evdə açmaqdır”.
M.Əskərovun sözlərinə görə, Ramazandan sonra da Ramazanda olduğu kimi yaşamaq lazımdır:
“Ramazanın digər bir mənası yoxsulları, ac insanları düşünmək, özünü onun yerinə qoymaqdır. Biz yemək çeşidlərini seçirik. Amma başqa yerlərdə ilin 365 günü bir yeməklə orucu açıb, bağlıyırlar. İsrafa ehtiyac yoxdur. Paylaşmaq ayıdır.
Ramazandan sonra da Ramazanda olduğu kimi yaşamaq lazımdır. Bununla ac olan insanları anlamış olarıq”.
Nəzrin Vahid
Telegram kanalımız