“İğdırdan Azərbaycana yol çəkəcəyik” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“İğdırdan Azərbaycana yol çəkəcəyik” - Ərdoğan

Siyasət

23 Sentyabr 2021 19:38 1149


"Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycana çıxış əldə edilə bilməzdi".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

"Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə Azərbaycana çıxış əldə etmək şansı qazandıq. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib. Toyuqlu pizza

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: "Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!