Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi 3-cü MDB Oyunlarında komanda yarışının 1/4 finalında Belarus yığması ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.
Milli yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. pizza
Daha öncə şpaqa üzrə qızlardan ibarət komandamız bürünc medal qazanıb.
Telegram kanalımız