III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

saytların hazırlanması

Evə çatdırılma

III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

İdman

29 Avqust 2025 16:56 458


III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək. 

Yenisabah.az xəbər verir ki, ümumilikdə nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq. Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.

Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3x3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq. pizza mizza

Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!