İkardi sevgilisinin uşaqlarına elə bir JEST etdi ki...

saytların hazırlanması

Evə çatdırılma

İkardi sevgilisinin uşaqlarına elə bir JEST etdi ki...

İdman

21 Sentyabr 2025 12:08 420


Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi sevgilisi Chin­a Suarezin 3 övladı – Rufina, Maqnolia və Amansionun İstanbulda nüfuzlu bir özəl məktəbdə təhsil alması üçün yüksək məbləğdə illik ödəniş edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqlar hazırda İstanbulda beynəlxalq özəl məktəbdə oxuyurlar.

Bu məktəb Türkiyədə xarici vətəndaşların övladları arasında ən populyar və prestijli təhsil ocaqlarından biri hesab olunur. Məktəbin illik təhsil haqqı şagirdin sinfinə görə (məktəbəqədər, ibtidai, orta və yuxarı siniflər) 18 min 150 ABŞ dollarından 49 min 50 ABŞ dollarına qədər dəyişir. pizza mizza

Təhsil ocağı İstanbulun Avropa tərəfində, şəhərin kənar bölgələrinə yaxın bir ərazidə yerləşir.

Bəzi media qurumları Suarezin övladlarının Türkiyədə məktəbə başladığını "Instagram" hesabında paylaşmasına baxmayaraq, uşaqların atası Benjamín Vicunanın bu barədə əvvəlcədən məlumatlandırılmadığını iddia edir. //Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!