İki azərbaycanlıya BP-də yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İki azərbaycanlıya BP-də yüksək vəzifə verildi

İqtisadiyyat

29 Mart 2019 02:08 1116


BP Azərbaycan şirkətinin iki əməkdaşı yüksək vəzifələrə təyinat alıb.

Şirkətdən verilən məlumata görə, həmin kadrlardan biri hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyevdir. O.Quliyev bu ilin 1 iyun tarixindən BP-nin Rumaila bölümündə baş menecer vəzifəsində çalışacaq.

Bu yeni vəzifədə Orxan Quliyev  BP-nin İraqdakı Apstrim biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq. pizza mizza

Digər yüksək vəzifəyə təyin olunan həmvətənimiz Rəhman Rəhmanov 1 aprel 2019-cu ildən etibarən Apstrim, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsində çalışacaq.

Yeni vəzifəsində  layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!