İki bacı, iki yeznə, əmioğlu, xalaoğlu:   Hamısını vəzifəyə təyin edib

saytların hazırlanması

Evə çatdırılma

İki bacı, iki yeznə, əmioğlu, xalaoğlu: Hamısını vəzifəyə təyin edib

Sosial

09 Fevral 2026 10:35 22642


Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Nəsirli təyin olunub. Yerli mediada adıçəkilən qurumda baş verən nöqsanlarla bağlı məlumatlar paylaşılır və AAYDA rəhbərliyi tərəfindən hələ ki, təkzib olunmayıb.

Məlumatlarda AAYDA-danın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin bir neçə ay əvvəl övladına dəbdəbəli toy mərasimi keçirməsi ilə gündəmə gəldiyi xatırlanır. Qeyd olunur ki, Həmzəyev Agentlikdə “ailə podratı” qurub. Onun yaxın qohumları müxtəlif yüksək vəzifələrdə çalışır:

Zaur Həmzəyev – əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri; Dominos pizza

Araz Bəndəliyev – xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;

Toğrul Həmzəli – qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;

Təhminə Həmzəyeva – bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;

Mətanət Həmzəyeva – bacısı, “Azəryolİlmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi;

Dilavər Həmzəyev – yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;

Ustubat Niftəliyev – yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.

Tribuna.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz
    Bizdə kirvəcilik sovxozudur elə də olmalıdır.
    3 months ago
  • Mədinə
    Allaha and olsun ki,vicdan haqqı bizim küçəyə asfalt salıblar,bütün asfalt qırıntıları küçə ilə bir olub,iki maşın yan yana keçə bilmir. Yolun enini 4 metr aformut eliyib 3.70 salıblar. Vallah hamısının GORUNA gündə 100 dəfə söyürlər
    3 months ago
  • Akif
    Kimin çörəyi daşdan çıxır, kiminkidə yoldan. Bəs bu Müseyibi görısən Salehlə nə bağlayır? Maraqlısı və gizli qalanı budur!
    3 months ago
  • Mürvət
    Bərəkallah! Öz evi, öz eşiyi.
    3 months ago
  • RAHIM
    EŞQ OLSUN BELƏ İDARƏÇİLİYƏ. NOBEL MÜKAFATI LAUREATI OLASI RƏHBƏRDİR SALEH.
    3 months ago