Bursanın Osmanqazi bölgəsində bir qoca iki gəlininə illərlə cinsi zorakılıq tətbiq edib.
Yenisabah.az xəbər verir ki, hadisədən uzun illər sonra gəlinlər yaşlı adamı Bursa Cümhuriyyət Baş Prokurorluğuna şikayət edib. Onlar şikayətlərində qayınatalarının onları cinsi zorakılıqla təhdid etdiyini deyərək həbsini tələb ediblər. Məhkəmə zamanı ittihamlara verən cavab qayınata hər iki xanımın fikrinin əsassız olduğunu vurğulayıb: “Yoldaşım xəstə idi, mənlə əlaqəyə girəcəyi vaxtlarda yanıma gələrdi. Bir gecə qaranlıqda gəlinlərimdən biri yanıma uzanıb, onun həyat yoldaşım olmadığını anladıqda digər gəlinimə dedim. O isə bu işə qarışmaq istəmədi. Bu əlaqə gəlinimin istəyi ilə 3-4 dəfə olub. 2017-ci ildə həyat yoldaşım vəfat etdi, ondan sonra evdən getmək istədiyimi dedim. Gəlin məndən hamilə olduğunu bildirdi. Mən etdiyim səhvi düzəltmək istədim, ancaq bacarmadım. 2018-ci ildə təkrar evləndim. Gəlinlərimə cinsi zorakılıq tətbiq etməmişəm”.
S.L adlı xanım isə qayınatasının evləndikdən bir gün sonra ona təcavüz etdiyini qeyd edib: “9 il əvvəl ailə qurmuşam. Toyun sabahı qayınatam mənə təcavüz elədi. Qarşı çıxmağa çalışdım, mümkün olmadı. Yoldaşım gələndə ağlayıb burdan getmək istədiyimi dedim. Səbəbini soruşduqda isə həqiqətləri deyə bilmədim”. pizza hut
A.I adlı digər gəlin isə qayınatasının ona tam 8 il təcavüz etdiyini diqqətə çatdırıb: “Hamiləykən məni döyürdü. Qayınanam ölənədək bu davranışı davam etdi. Eltimə də eyni şeyləri edib. Şikayətçiyəm”.
Qeyd edək ki, şəxs məhkəmənin qərarı ilə 54 il həbs edilib.
Telegram kanalımız