Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
“Yeni Sabah” bildirir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Telegram kanalımız