İki maşın mikroavtobusla toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

İki maşın mikroavtobusla toqquşdu

Kriminal

11 Fevral 2019 18:42 1095


Bu gün günorta saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də üç avtomaşının toqquşması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

VAZ-2107, VAZ-21015 markalı minik maşınlarının və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində VAZ-21015-in sərnişini - 30 yaşlı Salyan şəhər sakini Həbib Rahil oğlu Tağıyev xəsarət aldığından, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbaxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!