Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saat 20:00 radələrində Basqal kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobilinin toqquşub. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər - 1988-ci il təvəllüdlü Əminə Hacıyava, 1987-ci il təvəllüdlü Ceyhun Məmmədov, 1989-cu il təvəllüdlü Nərgiz Bilanova və adı hələ ki, məlum olmayan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pepperoni pizza
Faktla bağlı araşdırma aparılır.
APA
Telegram kanalımız