İki qız buna görə öldürülüb? - Qorxunc səbəb

saytların hazırlanması

Evə çatdırılma

İki qız buna görə öldürülüb? - Qorxunc səbəb

Kriminal

10 Oktyabr 2024 10:46 2735


19 yaşlı Semih Çelikin qan donduran qətllərindən sonra sosial media paylaşımları ilə gündəmə gələn Ece Seçkin qatilin 1 il əvvəl çəkilmiş görüntülərində fonda çalan musiqiyə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, qan donduran hadisədən sonra müxtəlif sosial media platformaları gündəmə gəlib. Onlardan biri Discorddur. Ece Seçkin bu barədə sosial şəbəkədə məlumat paylaşır. Müğənni son günlər qatilin 1 il əvvəl çəkilmiş görüntülərinin fonunda səslənən musiqiyə nəzər salıb. Bildirib ki, həmin musiqi ilə Semih Çelik  "İncel"ə salam vermiş olub. O, bu lənətə gəlmiş hərəkəti edib ki, İncel təşkilatının kumirinə çevrilsin.( "Incel"qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən zorakı insanlara istinad edən internet subkulturasıdır - red). 

Müğənni Ece Seçkin "Qatilin divardan asaraq özünü öldürmək planı da onun şousunun bir parçası idi" deyə yazıb:  Toyuqlu pizza

"İqbala göndərdiyi vida videosunun fonunda səslənən "Where is my mind" mahnısı Fight Club filminin bağlanış səhnəsində səslənən mahnıdır. Bu film "İncel"in "Matrix"dən sonra ən çox qəbul etdiyi filmdir. Deməli, bu murdarlıq bir növ həmin təşkilata işarədir. Çünki o, bu lənəti törətmək və İncel təşkilatının kumirinə çevrilmək istəyirdi”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!