“İki qurum arasında nifaq salır“ - Dini Komitədən Elşad Miriyə cavab

saytların hazırlanması

Evə çatdırılma

“İki qurum arasında nifaq salır“ - Dini Komitədən Elşad Miriyə cavab

Din

15 Mart 2019 20:39 1252


““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur. E.Miriyev də bu hüququndan istifadə edərək, “İslamda yoxdur” adlı əsərini Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün təqdim edib”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki,  Elşad Mirinin “seyidlik” anlayışı və Peyğəmbərin məsumluğu” ilə bağlı mövqeyi, bu mövqeyi ifadə etmə forması ölkədə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcəyindən Dövlət Komitəsi həmin əsərin nəşrini məqsədəuyğun hesab etməyib:

“Dövlət Komitəsinin qərarına etiraz edən Elşad Miriyev məhkəməyə müraciət edib, birinci instansiya və apellyasiya məhkəmələri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını qüvvədə saxlayıb. Elşad Miriyev Dövlət Komitəsinin qərarından sonra media imkanlarından istifadə edərək dəfələrlə Komitə əməkdaşlarına qarşı qərəzli ittihamlar səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıb.  pizza

13.03.2019-cu il tarixində “Bizim yol” saytının əməkdaşına verdiyi video müsahibədə növbəti dəfə bu məsələni gündəmə gətirərək, guya kitabın nəşrinə razılığın verilməməsində Qafqaz Müsəlmanları İdarəsinin rolu olduğunu bildirib. Onu qeyd edək ki, dinşünaslıq ekspertizası ilahiyyatçı mütəxəssislər tərəfindən tam müstəqil həyata keçirilir. Bu mütəxəssislərin verdiyi qərara kimlərinsə hansısa formada müdaxilə etmək səlahiyyəti yoxdur. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən, ekspertlərin bilə-bilə yalandan rəy verməsi cinayət məsuliyyəti yaradır. 

Özünün də qeyd etdiyi kimi, məlum fikir Elşad Miriyev tərəfindən səsləndirildiyi zaman həm onunla fərdi söhbətlərdə, həm də məhkəmədə dəfələrlə QMİ-nin kitabın nəşrinə razılığın verilməməsində rolunun olmasının yalan olduğu bildirilib.  Dövlət Komitəsi bu iftiranın əsassız olduğunu, bu gün ölkədə formalaşan dövlət-din münasibətlərinə xələl gətirmək məqsədi güddüyünü bəyan edir. Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında nifaq salmaq cəhdi kimi qiymətləndirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!