İki şagirdi ildırım vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İki şagirdi ildırım vuraraq öldürdü

Dünya

18 Aprel 2026 15:20 581


Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

“Yeni Sabah” “Sözçü"yə istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb. Toyuqlu pizza

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Həyatını itirən uşaqlar əmioğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!