İsveçrənin Bazel şəhərində həbsxanada olan iki əcnəbi məhbus qaçmağı bacarıb.
Yenisabah.az xəbər verir ki, məhbusların necə qaçdığı hələlik məlum deyil.
Məhkumlardan biri 37 yaşlı Əlcəzair vətəndaşıdır. İsveçrə KİV-i SRF-nin məlumatına görə, bu məhbus digər cinayətlərlə yanaşı, qəsdən adam öldürmə, hücum və quldurluqda ittiham olunur. Pepperoni pizza
Digər qaçaq isə 22 yaşlı tunislidir. Bu məhbus həm də əmlakın məhv edilməsi, sərhədi pozmaq və İsveçrəyə qanunsuz daxil olmaqda ittiham olunur.
İki nəfərin qaçdığı Bässlergut həbsxanası Almaniya sərhədində yerləşir.
İsveçrə rəsmiləri bildiriblər ki, polis qaçanları beynəlxalq səviyyədə axtarır.
Aytac Şahin
Telegram kanalımız