“Hər bir xüsusi xidmət orqanı nümayəndəsinin işgüzar səfərinin məqsədyönlü bir açıqlaması vardır”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə eyni vaxtda İrəvana gəlib. Bu səfərlərin eyni vaxta təsadüf etməsi bəzi suallar və ehtimallar doğurub. pizza sifarişi
A.Nağıyev öz fərziyyələrini bölüşüb: “Hər bir görüşdən sonra nümayəndə prezidentə görüşün təfərrüatları ilə bağlı məlumat verməlidir. Bu gün Rusiya-Ukrayna müharibəsi, yaxud Cənubi Qafqaz və s. ilə bağlı xüsusi xidmət orqanlarının görüşləri və problemləri həll etməyə çalışması daha məqsədə uyğundur.
Düşünmürəm ki, bu görüşlər Üçüncü Qarabağ müharibəsi ehtimalı ilə bağlı olsun. Qarabağ müharibəsi bitib və hüquqən Azərbaycan məxsus işğal altında olan öz torpaqlarımızı geri qaytarmışıq.
Yalnız Ermənistanın təxribatlarının qarşısını almaq və terrorçu erməni birləşmələrini Qarabağdan çıxarmaq üçün xüsusi antiterror əməliyyatı aparıla bilər. Bu əməliyyatları keçirərkən Azərbaycan heç bir qanun pozuntusu etməyəcək. Bütün dünyada adları “terrorçu” olan bu qanunsuz silahlı birləşmələri Qarabağdan çıxarmaq Azərbaycanın haqqıdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız