İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ölüb

saytların hazırlanması

Evə çatdırılma

İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ölüb

Kriminal

08 Oktyabr 2024 19:21 1064


Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. pizza

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!