İkiüzlü Paşinyan: Brüsseldə sülhdən danışır, sərhəddə silahlar “danışır”

saytların hazırlanması

Evə çatdırılma

İkiüzlü Paşinyan: Brüsseldə sülhdən danışır, sərhəddə silahlar “danışır”

Siyasət

17 İyul 2023 12:06 1127


“Ermənistanın sülh ilə bağlı davamlı aqressiv addımları, eyni zamanda Qarabağ separatçılarından istifadə etməklə yeni bir münaqişə ocağı yaratmaq cəhdləri belə düşünməyə əsas verir ki, proses ardıcıllıqla həyata keçirilir. Məqsəd isə artıq lokal qarşıdurmaya və bundan sonra Azərbaycana qarşı beynəlxalq müstəvidə təzyiqlərin həyata keçirilməsi istiqamətində atıla biləcək nəticələr nail olmaqdan ibarətdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, Ermənistanın hərbi-siyasi hakimiyyətinin danışıqlar masasında fərqli ritorika çıxış etməsindən sonra sərhəddə, habelə Qarabağın dağlıq hissəsində atəşkəsi pozması faktına münasibət bildirib. Dominos pizza

Xatırladaq ki, Brüssel platforması çərçivəsində keçirilən görüşlərdə rəsmi İrəvan sülhyönümlü çıxışlar etsə də, Ermənistan-Azərbaycan dövlət sərhədində düşmən təxribatlar törətməyə davam edir. 

Öz növbəsində, E.Mirzəbəyli bildirib ki, bu zamana qədər atılan bütün təməl addımların və təxribatların əsasında da məhz bu amil dayanıb: 

“Real mənzərə də bunu söyləməyə əsas verir. Bütün görüşlər öncəsi - təkcə indiki dövrdə deyil, bütövlükdə Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində də - Ermənistan hər dəfə görüşlər öncəsi, yaxud hansısa prinsiplərin razılaşdırıldığı məqamda lokal, yaxud bir az genişmiqyaslı təxribatlara əl atmaqla qarşıdurma yaradır və prosesin yenidən sıfır nöqtəsinə qaytarılmasına qismən də olsa nail olur. Məsələnin mahiyyəti bundan ibarətdir, çünki uzun illərdir ki, gözümüzün qabağında eyni proses davamlı olaraq təkrarlanır”. 

Onun fikrincə, əslində, prosesin sonu Ermənistanın yaratdığı qorxu səddini yarıb keçməkdən ibarətdir:

“Necə ki biz bunu 44 günlük müharibə dövründə etdik. Ermənilər isə hər dəfə ona cəhd göstərirlər ki, müəyyən lokal problemlər yaransın, daha sonra Azərbaycanın guya Ermənistana və Qarabağ ermənilərinə təcavüzkar mövqe sərgilədiyi gündəmə gəlsin, bütün əsas detallar ikinci plana keçsin və beynəlxalq müstəvidə aparılan dialoqlar məhz insan hüquqları, daha doğrusu ermənilərin guya Azərbaycan tərəfindən əzilməsi kontekstindən dəyərləndirilsin”. 

Müsahibimizin fikrincə, hər dəfə müəyyən nəticələr əldə olunanda bu məqamlar məqsədyönlü şəkildə gündəmə gətirilir ki, danışıqlar prosesinin əsas predmetləri ikinci plana keçsin: 

“44 günlük müharibədə biz məhz Ermənistanın bu kontekstdən ortaya atdığı bütün bəhanələri alt-üst edərək, müəyyən bir mərhələni adladıq. Yəni onlar beynəlxalq təzyiq adı altında xof limiti formalaşdırmışdılar. İndiki şəraitdə eyni texnologiya yenə də İrəvan tərəfindən tətbiq olunur. Müharibədən keçən 3 ilə yaxın dövr ərzində biz açıq şəkildə görürük ki, Ermənistan özünü işğalçı olduğuna görə qətiyyən məğlub bir ölkə kimi aparmır, hətta bu davranışları ortalıqda yoxdur. Bu davranışlara əsas verən amillər də var. Bunlar isə Rusiyanın manipulyativ mövqe ilə yanaşı, həmçinin, Fransanın açıq təzyiq xarakterli davranışlarında özünü büruzə verməkdədir. ABŞ isə sadəcə bir platforma formalaşdıraraq platforma kontektsindən müzakirələrin davamlı şəkildə aparılmasını istəyir”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!