İKT üzrə təlimlərə start verilib

saytların hazırlanması

Evə çatdırılma

İKT üzrə təlimlərə start verilib

Sosial

12 Fevral 2019 15:26 859


Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir.

“Yeni Sabah” xəbər verir ki, “İKT savadlılığının artırılması”, "Təhsildə müasir strategiyalar və layihə metodikası" mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb.

İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir. Toyuqlu pizza

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi təşkil olunacaq. Yekun qiymətləndirmənin nəticələrinə əsasən, fənn müəllimləri və ibtidai sinif müəllimlərinə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!