Sabah Ramazan ayının 10-cu günüdür.
“Yeni Sabah” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 15-də Bakıda imsak saat 03:43, iftar isə saat 20:05-dədir.
Ramazan ayının 10-cu gününün duası: Marqarita pizza
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan et. Kəramət və ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"
Telegram kanalımız